Bakıda beynəlxalq dini tədbir başlayıb

Sentyabrın 1-i Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb.

AzərTAc xəbər verir ki, əvvəlcə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək mübadilə görüşünün bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini deyib. Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib, bu sahə dövlət siyasəti prioritet istiqamətlərdən birinə çevrilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkədə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.

Sentyabrın 2-dək davam edəcək mübadilə görüşündə “Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt”, “Dini və qeyri-dini təşkilatların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi”, “Dini mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurası tərəfindən müdafiə olunan bəşəri dəyərlərə hörmət töhfəsi” mövzularında məruzələr dinləniləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar