Berlin ABŞ və İran arasında silahlı toqquşma ehtimalından narahatdır - AFR XİN

Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında münaqişənin kəskinləşməsi beynəlxalq səviyyədə Yaxın Şərqdə situasiyanın gərginləşməsi səbəbilə, narahatlıq doğurur. Bu barədə Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Hayko Mas «Bild am Sonntaq» qəzetinə verdiyi müsahibədə bəyan edib.

Onun sözlərinə görə, Almaniya avropalı həmkarları ilə birlikdə tədbirlər görməlidir ki, «silahlı toqquşmanın qarşısını almaq mümkün olsun».

Fransanın xarici işlər naziri Jan-İv Le Drian isə «müharibə spiralı» təhlükəsi barədə xəbərdarlıq edib və  məsuliyyəti Vaşinqtonun üzərinə qoyub. Çünki mayın 10-da ABŞ bölgəyə «Arlinqton» desant-vertolyot gəmisinin və «Petriot» raket kompleksinin gönlərilməsi məsələsini təsdiqləyib.

Onun fikrincə, Yaxın Şərq bölgəsində hərbi iştirakını genişləndirməklə, ABŞ administrasiyası özünün silahlı qüvvələrinə hücum ehtimalına görə, İranın yüksək hazırlıq səviyyəsinə reaksiya vermiş olub. Bu zaman heç bir detal dilə gətirilmir.

Bundan əvvəl xəbər verildiyi kimi, məlum olub ki, bölgədə «Avraam Linkoln» aviadaşıyıcısını və digər hərbi gəmiləri yerləşdirməklə, Birləşmiş Ştatlar üstəlik də Yaxın Şərqə B-52 strateji bombardmançıları göndərib.

Zərbə gəmilər qrupunu və ABŞ HHQ bombardmançı təyyarələrini yerləşdirməklə, ABŞ göstərmək istəyir ki, Yaxın Şərqdə maraqlarına ziyan vuran, öz qüvvələrinə istənilən hücuma əlüstü cavab vermək fikrindədir. Bu barədə mayın 5-də prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar