AZƏRBAYCAN BRÜSSELDƏ YEKUN BƏYANNAMƏYƏ VETO QOYDU - Qalmaqal

“Şərq Tərəfdaşlığı” toplantısının yekun sənədində ərazi bütövlüyü dəstəklənmədi

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Virtualaz.org “Azadlıq” radiosunun Avropa xidmətinə istinadən xəbər verir ki, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.

Mənbələr bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənmirdi.

Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

Bundan əlavə bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə Tbilisi və Kiyev bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər.

Brüssel toplantısında Aİ üzvü olan və “Şərq tərəfdaşlığı”ına daxil olan ölkələrin xarici işlər nazirləri adından qəbul edilməsi nəzərdə tutulan, lakin təkcə Federiko Mogerini tərəfindən imzalanan yubiley bəyannaməsinin mətni ilə bu keçiddə tanış olmaq mümkündür: https://www.consilium.europa.eu/en/press/press-releases/2019/05/13/eastern-partnership-foreign-ministers-meeting-chair-s-conclusions-on-the-occasion-of-the-eastern-partnership-10th-anniversary/

635x100

Şərhlər

Van Goghdan Haqqı Norman-a 2019-05-14 11:24:35

Aİ və KTMT bir qırağa, siz MDB-dən niyə danışmırsız? Rusiyanın diktəsi ilə Azərbaycanın onun torpaqlarını işğal etmiş Ermənistanla bir qurumda təmsil olunur.

Haqqı Norman 2019-05-14 11:24:35

Minus 50 mlrd. dərəcə olsa da, özünü sındırmamaq üçün "VETO" doğru görünür. Ancaq, yenə AKBERin genosid cinayətinə qəti iradə ifadə yazılmayıb: İşğalçı genosid cinayətkarı Ermənistanın hüququ hərbi əsarətdə saxlanan Azərbaycan necə eyni bir təşkilatda Aİ (və ya KTMT)ola bilər? Bu öz hüququnu tanımamaq, xalif çıxmaq deyilmi? Cənab XİN, saxtakarlıqdan uzaqlaşın-Aİ Ermənistanı Artsax quyruğu ilə qəbul edibsə, Azərbaycanın ərazi bütövlüyünü necə göstərə bilərdi? Etiraz NOTAsı onda təqdim edilməliydi!?

fikrət 2019-05-14 11:24:35

cox ğülməlidi belədə olmalidi cünki 30 ildi Azərbaycani idarə edənlər ancaq dollar və evro yiqmaqla məşquldu torpaqlari azad etmək lazimdi ruslardan diqalardan hələ bizi cox şeylər ğözləyir

muzaffar1949 2019-05-14 11:24:35

azpolitika senədə istinad verib. onu oxuyun!!! orda söhbət bütün ölkələrdən gedir.ele şey yoxdur ki, Azərbaycanın ərazi bütünlüyü taninmayib, amma Gürgüstanln, Moldovanın, ukraynanın ki tanınsın. Bu hakimiyyətin dərdi başqa seydir: SƏNƏDdə insan haqları, korrupsiya, sərbəst toplaşmaq azadlığı, jurnalist təhlükəsizliyi və s. məsələlər öz əksini tapıb. Sənəd bax buna görə imzalanmayıb!!! Qarabağ bunları maraqlandısaydı, real addım atardılar, nağıl danışmazdılar!Rusiyanı strateji tərəfdaş adlandırmazdılar.

Bu da mən 2019-05-14 11:24:35

Sözçülərimiz yalaqla-söyüşlə Şimala və Qərbə güvən xərcləri ilə, Cənuba böyük ismarıcla, Şərqə etinasız beşli siyasi-maliyyə münasibəti göstərirlər. Beləcə Əksliklər qabarır: 1.İşğalçını dəstəkləyənlərlə bizim nə işimiz? 2.Aİ Haystanı Arsaxla qeyd edibsə bizim orda nə işimiz? (Bu dövlətin özünün Qarabağı tanımazlığı deyilmi? 3."Türklərlə" iqtisadi əlaqələr nədən digər dövlətlərdən çöx aşağıdır?

Türk 2019-05-14 11:24:35

Bəs Məmmədyarov deyirdi ki,Azərbaycanla Aİ arasında əməkdaşlıq uğurla inkişaf edir.Budurmu uğurlu inkişaf.

t.ədalət 2019-05-14 11:24:35

Azərbaycan nə qədər ki əsas işğalçı olan Rusiyanın adını çəkmir,ermənilərlə "sülh -sülh" oyunu aparır,əlbəttə, belə olacaq.Adama deməzlərmi,sizin torpaqlarınız əgər işğal olunubsa hansı sülhdən danışırsınız?Zaman uzandıqca hər şey Rusiyanın planı üzrə ermənilərin xeyrinə işləyir.İndiki mövqe ilə torpaqların azad edilməsi mümkün deyil.Sadəcə olaraq,bizi,sanki vəziyyətlə barışmağa hazırlayırlar.Elmar Məmmədyarov kimi dövlət dilinə hörmət etməyən birisinin xarici siyasəti də belə nəticə verəcək..

Elli 2019-05-14 11:24:35

Azərbaycan yaxşı eliyib qol çəkmiyib! Ərazi bütövlüyümüz tanınmayan sənədə qol çəkmək olmaz.

Mirzə AĞ 2019-05-14 11:24:35

Bunlar Azərbaycanla sadəcə, "məzələnirlər"...

Son yazılar