“Hacı Mazan”ın qardaşı oğlu həbs edilib - Təfərrüat

"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı oğlu həbs edilib.

BakuPost-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunda baş verib. İş adamının qardaşı oğlu Zeynalov Sadiq Əşrəf oğlu oğurluq etdiyinə görə tutulub.

İstintaq materiallarna görə, Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb. Onun həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, "Hacı Mazan” son bir neçə ay ərzində qalmaqallarla yadda qalır və özü barəsində də cinayət işinin istintaqı davam etdirilir. O, inşa etdiyi binanın sakini Faiq Seyfullayevin evinə hücum etməkdə və onu döyməkdə günahlandırılır.

Bir müddət əvvəl isə iş adamının oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

635x100

Şərhlər

t.ədalət 2019-05-14 13:05:52

Hajı Mazan,su axan kəhrizlərin kənarı qıjı bitirir.Qıjılar artdıqca sayını itirir.Pul da elədir,artdıqca adamlar haqq-sayını itirir..

kohne 2019-05-14 13:05:52

Ela ela ela bayram

Maarif 2019-05-14 13:05:52

B ləqəb ona düşmədi. Dəyişsə yaxşıdı.

Son yazılar