“Məni tənqid edənlər nankor insanlardır” - Elton Məmmədov

“Prorektor vəzifəsinə təyin olunduğuma görə, məni tənqid edənlər nankor və kor insanlardır”.

"AzPolitika" xəbər verir ki, bu sözləri Unikal.org-a Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib.

E.Məmmədov Azərbaycan Texniki Universitetinə prorektor təyin olunmasından sonra sosial şəbəkələrdə və təhsil ekspertlərinin onu tənqid etməsinə belə münasibət sərgiləyib:

“Hazırkı məqsədim xalqın təhsilinə, eliminə və ölkədə gedən bütün təhsil strategiyasına dəstək verməkdir. Zaman göstərəcək ki, bu təhsil ocağına hansı yeniliklər gətirəcəm. Ölkə rəhbərinin təhsil strategiyasına uyğun planlarım var. Hesab edirəm ki, Azərbaycan Texniki Universitetində bu planlarımı gerçəkləşdirəcəm.

Mənim prorektor təyin olunmağımı tənqid edən təhsil ekspertlərini də tanımıram. Elə insanları da heç vaxt qəbul etmirəm. Tənqidlərinə də mənfi yanaşıram. Onlar hər zaman dövlətçilik təfəkküründən uzaq, cəmiyyəti çaşbaş salan insanlardır. Belə adamlar ümumiyyətlə cəmiyyətdə inkişafı, yaxşılığı görməyən insanlardır. Onlar nankor və kor insanlardır”.

635x100

Şərhlər

F..Əliyev 2019-05-14 13:25:37

Başadüşmək olmur,Məgər 37-ci ildir? Bu adam elmlər doktoru,professordur.Belə çıxır ki,heç bir səriştəsi olmayan birisi böyük bir ali məktəbi idarə edə bilər,amma E.Məmmədova olmaz.Buraxın bu jantaj və cılızlığı.

alı 2019-05-14 13:25:37

Sənin və nəslinizin dövlətçilik təfəkkürü dövləti talan etməkdən ibarətdir ki, bunu da ötən 15-20 ildə sübut etdiniz.Həyasızlıgınızın da hüdudu yoxdur ki, bu qədər korrupsiya cinayətlərinizin subutundan sonra yenə dövlətçilikdən, şərəf və ləyaqətdən dəm vurursunuz.Sizi zindan düzəldərdi amma nə heyif onu da satın aldınız.Sən ORA təhsili düzəltmək yox talan etmək təyin ediblər.Sən o inistitutu dagıtmaq istəyənlərin PROYEKTİSƏN.Sən prorektor ölkə təhsilini düzəltməkdən danışırsan-YENƏ İDDİALI, YENƏ QUDURGAN?

Bashirov Qarib 2019-05-14 13:25:37

Təhsil ekspertinə belə sərt reaksiya göstərən adamın o sahəyə təyin olması absurddur.Əsaslandırılmış sanballı cavab vermək əvəzinə,dövlətçilik təfəkkurrundən danışır.Hərənin növbətçi bir- iki cumləsi var, saxlayır zapasda, yeri gəldi- gəlmədi istifadə edir.

Yengibar 2019-05-14 13:25:37

Nə gözəl çıxış, nə gözəl cavab!İnsanın naturası budur.Hamı kor imiş, Elton müəllimin titanik kimi batan avtovağzalını görməyiblər.Şamaxinkada tikdiyi əyri binaları da görən yoxdur.İndi də təhsil konsepsiyasına əl gəzdirəcək. Günah onda deyil....

t.ədalət 2019-05-14 13:25:37

Elton müəllim,vəzifəni alıbsan,xeyirli olsun.Xalqa arxa çevirənlərin nəhayətdə bir cəzası olacaq.Heç nə unudulmur.Sizin kiməsə nankor deməyə isə haqqınız yoxdur.Qardaşınız Ziya Məmmədovun cinayətkar olduğunu bu xalq yox,ölkənin rəhbəri deyib.

Son yazılar