“Biz cəmiyyəti daha çox tolerant olmağa məcbur edə bilmərik”

“Avropa Şurası 2008-ci ildə “Ağ kitab” hazırlayıb. Bu kitabda dini icmalar arasında dövri dialoqun aparılmasının zəruriliyi vurğulanıb”.

APA-nın məlumatına görə, bunu bu gün “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni söyləyib.

Qabriela Battani-Draqoni bildirib ki, “Ağ kitab”da hökumətlərin dini icmalar arasında dialoqun olmasına şərait yaratmasının zəruri olduğu vurğulanıb: “Bu gün Avropada azlıqlarla bağlı düzgün olmayan ritorika mətbuatda da əksini tapır. Ədavət dözümsüzlük demokratik sabitliyə təhdid yaradır. Biz cəmiyyəti daha çox tolerant olmağa məcbur edə bilmərik. Sadəcə, qanunlar, tələblər yaratmalıyıq ki, cəmiyyət bu çərçivəyə əməl etsin. Vətəndaş cəmiyyəti institutları da sosial nizama öz töhfələrini verə bilməlidirlər”.

O qeyd edib ki, bəzən Avropada müsəlmanlara qarşı yayılan ayrı-seçkiliyi də müzakirə etmək lazımdır: “Mədəniyyət və din arasında münasibətlər elə qurulmalıdır ki, heç kəs zorakılığa, ayrı-seçkilyə yol verməsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar