«YAXŞISI BUDUR Kİ, MÜQAVİMƏT GÖSTƏRMƏYİN…» – Tramp Çini hədələdi

Dərc olunub: 14/05/2019 - 13:59

trampAmerika Birləşmiş Ştatlarının (ABŞ) prezideni Donald Tramp mayın 13-də Çinə xəbərdarlıq edib ki, ötən həftə Amerika tərəfindən tariflərin qaldırılmasına görə, «qisas almasın», yoxsa Pekin «razılığa gəlməsə, ciddi zərər çəkəcək».

Bu barədə «Röyter» agentliyi xəbər verib.

Bu arada xəbər verildiyi kimi, Çin bundan əvvəl bildirib ki, iyunun 1-dən başlayaraq, ABŞ-dan idxal olunan mallara 5-25 faiz arasında (60 milyard dollarlıq) rüsum tətbiq etməyi planlayır.

«ABŞ istehlakçıları üçün heç bir səbəb yoxdur ki, Çin mallarına tətbiq olunmuş rüsumu ödəsinlər… Çin müqavimət göstərməsin – yoxsa, yalnız pis olacaq» – deyə, Tramp «Tvitter»ində yazıb və əlavə edib ki, əgər istehsalçılar istehsalı Çindən başqa ölkələrə keçirsələr, rüsumdan yan keçmək olar.

ABŞ Çin mallarına tarifləri 10 faizdən 25 faizə (200 milyard dollarlıq) qaldırıb, üstəlik də daha 300 milyard dollarlıq rüsum tətbiq etməyə hazırlaşır ki, bu da faktiki olaraq, bütün Çin məhsullarını əhatə edəcək.

İqtisadi məsələlər üzrə Trampın müşaviri Larri Kudlou mayın 12-də bildirib ki, böyük ehimalla, hər iki tərəf ticarət gərginliyinin artmasından zərər çəkəcək.

«Röyter» agentliyinin qeyd etdiyi kimi, Trampın müşavirinin bu sözləri Ağ Evin başçısının özünün «tariflər amerikalı istehlakçılara təsir göstərməyəcək» səciyyəli bəyanatları ilə zidiyyət təşkil edir.

AzPolitika.info










loading...


Fikrinizi bildirin