Ukraynada erməni nazirin istefası tələbilə mitinq keçirilib – FOTO

Kiyevdə ölkənin Daxili İşlər Nazirliyinin qarşısında mitinq keçirilib. “AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları nazir Arsen Avakovun istefasını tələb ediblər.

Erməni əsilli nazir işinin öhdəsindən gəlməməkdə, siyasi motivlərlə törədilən çoxsaylı cinayətlərin üstünü bilərəkdən açmamaqda günahlandırılıb. Aksiya iştirakçıları bildiriblər ki, təkcə 2017-ci ildən bu yana siyasi fəallara və jurnalistlərə qarşı 50 dəfədən çox hücum olub, nəticədə 4 nəfər qətlə yetirilib. Lakin bu işlərin heç birinin üstü açılmayıb.

Aksiyada 20-dən çox partiya və QHT-nin təmsilçiləri iştirak ediblər. Ukraynada tanınmış vəkillərdən biri olan Masi Nayem də təşkilatçılardan biri olub və aksiyaya qatılıb. Ona qarşı güc tətbiq edən polis işçiləri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya iştirakçıları nazirlik binasını simvolik lentlə əhatəyə almağa çalışsalar da, buna imkan verilməyib.

Qarşıdurmaya baxmayaraq, aksiya baş tutub və iştirakçılar nazirin istefa tələblərini səsləndiriblər.

Bundan öncə isə analoji aksiya baş prokurorluq qarşısında keçirilib. Mitinqçilər baş prokuror Yuri Lutsenkonun da istefasını tələb ediblər. Ümumiyyətlə, bu aksiyaların təşkilatçıları açılmayan siyasi motivli cinayət işlərinə görə, baş prokuroru və daxili işlər nazirini ittiham ediblər. Həmçinin 20-dən çox partiya və QHT adından ABŞ Maliyyə Nazirliyinə təqdimat göndərilərək, Avakov və Lutsenkoya qarşı sanksiyalar tətbiq olunması istənilib.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar