“Azərbaycan Dəmir Yolları” məsləhətə 8,2 milyon avro ödəyəcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi ilə əlaqədar texniki nəzarət üzrə məsləhət xidmətlərinə 8,2 mln. avrodan çox vəsait yönəldəcək.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.

“ADY Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərin alınması ilə əlaqədar texniki nəzarət üzrə məsləhətçi qismində İspaniyanın”TPF Getinsa Euroestudios” və “Auxitec Tecnica Y Control SA” şirkətləri birgə müəssisəsini cəlb edib. Müvafiq tenderin qalibi olmuş birgə müəssisə ilə 2019-cu il mayın 13-də müqavilə imzalanıb”, - deyə məlumatda bildirilir.

Müqavilənin dəyəri 8 mln. 260 min 743,4 avrodur.

ADY-dən verilən məlumata görə, eyni zamanda, “Getinsa Euroestudios - Auxitec Tecnica Y Control SA” birgə müəssisəsi ilə bir sıra xidmətlərin göstərilməsi haqqında $236 min dəyərində əlavə müqavilə da imzalanıb. Müqavilənin detalları açıqlanmır.

635x100

Şərhlər

Filosof 2019-05-14 14:53:00

Bu qiymete meslehetcilerin ozunu de almaq olardi

Yengibar 2019-05-14 14:53:00

Görəsən "otkat" nə qədərdir?

Son yazılar