«İran ətrafında gərginliyi artırmaqdan çəkinin» - Aİ ABŞ-a çağırış etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İranın nüvə proqramı (Birgə hərtərəfli fəaliyyət planı - BHFP) üzrə Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən fövqəladə məsləhətləşmələri başa çatıb. Toplantıda Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo da iştirak edib.

İclas üçün səbəb ABŞ sanksiyaları fonunda, İranın sözügedən saziş üzrə iki bəndin yerinə yetirilməsindən imtina eiməsi olub. Məlum olduğu kimi, ABŞ bu sazişdən hələ bir il bundan əvvəl çıxıb.

Görüşün nəticəsi olaraq, Aİ diplomatiyasının başçısı Federiko Moqerini bəyan edib ki, Avropa İttifaqının 28 ölkəsinin XİN başçıları Pompeoya üz tutaraq, nüvə sazişi ətrafında vəziyyətin gərginləşdirilməsindən maksimum dərəcədə çəkinmək çağırışı ediblər.

Avroittifaq ABŞ-ı diplomatik tədbirlərə qayıtmağa və Tehranla münasibətlərdə gərginliyi aşağı salmağa çağırıb.

«Bu kontekstdə Pompeo bizdən aydın şəkildə eşitdi ki, biz mühüm zamanda yaşayırıq. Belə vəziyyətdə, məsuliyyətli yanaşma maksimum təmkinli olmaqdan ibarətdir ki, gərginliyin istənilən artırılmasına, o cümlədən, hərbi gərginliyin artırılmasına yol verilməsin» - Moqerini bildirib.

Bununla yanaşı, Moqerini qeyd edib ki, MAQATE İran tərəfindən sazişə əməl olunduğunu təsdiqləyir və Avroittifaq da öz öhdəliklərini yerinə yetirmək niyyətindədir.

635x100

Şərhlər

Türk 2019-05-14 16:03:29

Bütün dövlətlər ABŞ-la əlaqəni kəsməlidir.O zaman hər yerdə əmin-amanlıq olacaq.

Son yazılar