ANAR AYB-in BİNASINDAKI STRİPTİZ KLUB HAQDA - “Mənlik deyil, Çingizlikdir” + VİDEO

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş "26” - "Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.

"Hot Room Club" adı ilə fəaliyyət göstərən həmin klubda striptiz şou nümayiş etdirilir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər fəaliyyət göstərir.

Unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb.

Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib: O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Çingiz Abdullayev isə  faktı dolayı yolla təsdiqləyib: “Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir. "Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26” - "Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.

Obyektin bağlanmasına səbəb kimi həm onun "26 - Bakı komissarı”nın adını daşıması, həm də kafedə əxlaqsız şoular təşkil edilməsi  göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.

Maraqlıdır əxlaqsız şoulara görə kafeni bağlayan rəsmilərin indi baş verənlərdən xəbəri yoxdur?

 

635x100

Şərhlər

yalçın 2019-05-14 23:00:11

bu təşkilatın adı özünə-halına xeyli uyğundur - ayıb..

Oqtay 2019-05-14 23:00:11

Saat 22 dən saat 06 ya qədər kluba gələnlər böyük adamlardır və kim hara getməyi nəyə baxmağı özü seçir.Kim baxmaq istəmir getməsin baxmasın .Bəlkə hamını İranda kı kimi doldurasınız meçitlərə.Kimsə acından ölürsə öz ağlı başarığı ilə pul qazananlar nə etsin? Halal qazanməş pullarını özləri bilər hara xərcləyər.Qaldı ki Anara o həmişə rəıhbər olmağa çalışıb və heç bir məhsuliyyət daşımamaq şərti ilə.SSSRi deputatı olanda da ermənilərə cavab vermədi ki mən siyasətçi deyiləm dreputatam.atbəs onda niyə deputat

Alim 2019-05-14 23:00:11

Parlamentin sədri elə,yazıçılar birliyin sədri belə,. Ölkədə bardaqdır. Talançı oğru məmurlar,deputatlar ipə sapa yarmırlar. Əhalinin də böyük hissəsi ehtiyac içindədir. Ölən ölür, qalanlar da əsəb gərginlik içindədirlər.

Qaqaş 2019-05-14 23:00:11

Bizim elə bütün gün-güzəranımız striptizdir dəəə...

Son yazılar