“YARIM SAATDIR SİZİ BAŞA SALIRAM…” – Məmmədyarov erməni jurnalistə - VİDEO

Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.

Minval.info-nun xəbərinə görə, jurnalist nazirə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.

Məmmədyarov isə cavabında belə bildirib: "Bunu sizə yarım saatdır başa salıram… Bunlar hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”.

Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.

635x100

Şərhlər

Köhnəyə 2019-05-14 19:00:07

O, YENİdir, biz köhnəlmiş? İşğalçıya ən çoxu bir AY MÖHLƏT verib, sonra da BMT TŞnin DQMV üzrə qətnaməsinin heç zaman icra edilməyəcəyini qardaşcasına çatdırır. Bu təbiətən qalibə tolerant nəvazişli və ümidsiz təslimə istehzalı işarədir! Qətiyyətsiz ikibaşlı(düşməni dəstəkləyənlərlə strateji dostluq) və 25 il kəsəri görünməz(böş) sonsuz multikultural diplomatiya. "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa(satqınlığa) dəstək NƏR kişinin işidir!", atalar sözünə gəlir.

İslama 2019-05-14 19:00:07

E.Nəsirov kimi məddahlıq edəni ortaya çıxaranlar özləri baxıb utanmırlar?Nəsirovun,Mirzə-zadənin, kim olduqlarını,necə ortaya çıxarıldığını bilirik.Bəs onları ortaya çıxaranlar nə dşünür? Axı bu rəzalətdir,milləti aşağılamaqdır.Onların mətbuatda bu qədər yalanlarla, cəfəngiyyatlarla təqdim olunduqları artıq hamını bezdirib.Ayıb! İnsanlar hətta xaricdə də düçünürlər ki,Azərbaycanın öndə gedənləri,ortaya çıxardıqları bunlardısa onda Azərbaycan nə məmləkətdir?

Sabir 2019-05-14 19:00:07

Məmmədyarovu biz başa düşə bilmirik(baş-ayaq danışır).Yazıq jurnalist onu yarım saatda necə anlasın? Gərək onun danışığını yazsın,aparıb evdə 5-20 dəfə təkrar dinləsin bəlkə bir şey anlaya..d

Köhnə azərbaycanlı 2019-05-14 19:00:07

Mən bir şeyi başa düşə bilmirəm ki Xarici İşlər nazirimiz Elmar Məmmədyarov hansı günümüzə belə ürəkdən gülür. Bu yallı gedənləri hardasa anlamaq mümkündür, bizim nazirimizin belə məmunluqla ürəkdən gülməyini nə isə anlamaq mümkün deyil...

Azer 2019-05-14 19:00:07

Bu ... vecni gulurde )

Sahib 2019-05-14 19:00:07

NAZİRİMİZ ERMƏNİ JURNALİSTLƏRƏ İNTEVÜ VERƏNDƏ ƏHVAL RUHİYYƏSİ ÇOX YUXARI OLUR

islam 2019-05-14 19:00:07

Deyirem utanmirlar hele danisirlar .Ermeni Susa kimi yerleri qazanib senin Veteninde yalli gedir,E.Nesirov kimileri de deyir ki ermeni eyile-eyile gezir,Elmana deyin bir pasinyanin yallisina yaxsi-yaxsi baXSIN gorsun eyilib oynayir ya dimdik oynayir.Vallah utanib yere niye girmirik ki biz bele qorxaq millet olduq.Yasxi bos- bos cerenlemeyi bilirik.

Fuad 2019-05-14 19:00:07

ermeniler anlayir bunu sen anlamisan , ermeniler 30 ilde Qarabaxi ve 7 rayonla birge gazanib siz ne qazanmisiz, yalan yalan, sizde bu 30 ilde super pul qazanmisiz . cixsaq 100 min sherefsiz azerbaycanlari qalan 9900000 acdir hecne acindan yuxudan durmaq bile istemir , ve gun be gun axlini itirir hecneden xeberi bile olmaq istemir yaziq millet ve gic millet

Son yazılar