“CUPPULU XANDIR NUŞİRƏVAN...” – Yol polisinin rəhbərliyinə ŞOK ittihamlar (Yeniləndi)

Jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Dövlət Yol Polisi İdarəsində (BDYPİ) rüşvət tələbi və süründürməçiliklə üzləşib.

“AzPolitika”nın məlumatına görə, bu barədə Ə.Zeynallı özünün “Facebook” statusunda xəbər verib. Baş redaktor yazır ki, mayın 4-də avtomobili vurulub, sığorta şirkətinə təqdim etmək üçün “Forma 4” arayışı almaq üçün BDYPİ-yə gedib. Sitat: “Bakı Dövlət Yol Polisi İdarəsinin 24-cü otağında Nicat Cəlilov adlı bir adam oturdublar, kapitandır. Avtomobilim vurulub və “Forma 4” deyilən arayışı bu adamdan almalıyam. Binəqədi DYP-də bir neçə ay əvvəl 1 günə vermişdilər bu sənədi - həm də hörmət-izzətlə. Yaxşının da adını deyim - Fuad Məmmədov idi.

Nicat Cəlilov məni mayın 4-də, hadisə günü axşam saat 21.30-da çağırdı. Sənədi tez verməsini xahiş etdim. "100 manat versən, bir günə verə bilərəm" dedi. Çaşdım açığı. "Binəqədi DYP-də bu sənədi bir günə aldım, pul da vermədim" dedim ki, bəlkə anlaya. Anlamadı Nicat və başladı izahat verməyə. Kuryerləri varmış, onlara pul verirlərmiş...

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışdığımı dedim və onun da xahiş etdiyini çatdırdım. Vecinə də almadı. "Səhər gəl" dedi. Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi...”

Ə.Zeynallı yazır ki, sənədi almaq üçün “aləmi bir-birinə qatmaq” lazım olub: “Mən dava-dalaş salanda məlum oldu ki, ayın 10-da bu adam sənədi poçta verib, mənə də deyib ki, gəl götür. Gəlmişəm sənəd yox, bina bir-birinə dəyəndən sonra Elşad adlı inspektorların rəisi gəlib ki, bəs sənədin poçtla göndərilib”.

Baş redaktor daha sonra yazır: “DYP-nin rəisi Ramiz Zeynalovun yaxın qohumu olduğu deyilən bu balaca nicatlar özbaşlarına bu rüşvəti belə leqal yığa bilməzlər. Bunların arxasında ən aşağısı Ramiz Zeynalov, ondan da balacası Nuşirəvan Səfərov dayanır. Cuppulu xandır Nuşirəvan. Vətəndaşları qəbul da etmir ki, rəislik edib rüşvət yığdığı binasında nələrin baş verdiyini deyəsən. Ona görə Nicat Cəlilov adam saymır, çünki arxasında Nuşirəvan var. Ona görə də hər bir “Forma 4” arayışı üçün 100 manatı bağırda-bağırda alır vətəndaşlardan. Növbə növbənin dalınca. Soy ki soyasan vətəndaşı. Bu qanəmicilərin gözləri doyacaqmı nə zamansa?!...”

Ə.Zeynallının dediyinə görə, işə polkovnik Vaqif Əsədovun qarışması da heç nəyi dəyişməyib. “Yazı yazıb başlarına od ələyəndə bizə hər zaman deyirlər ki, əlaqə saxlayın, mətbuat xidmətləri ilə danışın, dərdinizə dərman qılsınlar. Edirik. Danışırıq. Elə o səbəbdən də Vaqif Əsədovla əlaqə saxladım. Şirin dili ilə Nicat Cəlilovun, sonra dəftərxana müdiri Rəna Mehdiyevanın (soyadı necə də təntənəli səslənir) yanına göndərdi. Hamısı da hörmətsiz qarşıladı.

Hamının gözünün içinə baxa-baxa rüşvət yığan Nicat Cəlilov bu dili və bu cəsarəti birbaşa rəis Nuşirəvan Səfərovdan alır. Mənim bu yazım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün hərəkətə keçməyə səbəb olmalıdır. Onlar Nuşirəvan Səfərovun dövlət idarəsində rahatca rüşvət almasının hesabını ondan və Nicat Səlimov kimilərdən sormalıdır”.

Baş redaktor tələb edib ki, Nuşirəvan Səfərov dərhal istefaya göndərilsin.

***

Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BakuPost-a açıqlamasında Əvəz Zeynallının ittihamları ilə bağlı araşdırma aparıldığını bildirib: "Əvəz Zeynallının dedikləri həqiqət kimi qəbul olunmamalıdr. Məsələ ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu gün səhər tezdən rəhbərlik ittihamlarla bağlı ciddi araşdırılma aparılması üçün göstəriş verdi. Yalnız araşdırma aparıldqdan sonra ittihamların nə dərəcədə əsaslı olub-olmadığını demək olar. Əmin olun ki, əgər deyilənlərdə bur balaca həqiqət olsa, günahkarlar cəzalanacaq”.

V.Əsədov bildirib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Mehdi 2019-05-15 10:15:37

Potuqaliyani,Ispaniyani neynirsiniz misal cekib,ele bizim serhedden kec Gurcustan terefe,duz Tiflis seherine qeder yol get,gor qarsina bir nefer de olsun polis,molis cixacaq ya yox.isteyirsen lap saatda 180 nen sur.

Mehdi 2019-05-15 10:15:37

Metbuat xidmetinin reiside bilirki,Evez beyin dediyi doqrudur.Amma yaziq neylesin,neteri desin duzdu.Deseki he duz deyir,ele hemin gun onun olub qalan tuklerini yolarlar.Gor ne gundedir QAI sistemi.

Mehman 2019-05-15 10:15:37

Portuqaliyadan başlayıb keçin İspaniya, Fransa, Almaniyanı bir İnqlab küçəsindəki qədər yol polisinə rast gəlməzsəniz.

Ümud 2019-05-15 10:15:37

Bakida her 30 metrden bir qai var. Xarici qonaqlarım bir defe çende sorusdu ki siz de fovqalade veziyyet elan edibler

Qulu 2019-05-15 10:15:37

Orada bor otaq var 14 cu otaq xiyarillanın otaqı qapını icerden baqlayir utanmadan pusvetini yıqir

redaktor 2019-05-15 10:15:37

Ali adını birinci dəfədir eşidirəm baxmayaraq qısa cavab yazım nigaran qalmasın. Kimin və nə qədər vicdanlı olmasını bir özü bir də ki Allahı bilir. Ona qiymət verə biləcək qədər ağlın catmaz. O ki qaldı güzəştə mən yazdım axı xətamıza görə yol verilən qədər xəbərdarlıq ediblər. Sən ... mən neyləyim.

ayrım 2019-05-15 10:15:37

DYP arayışını bir günə alsan belə əsas sığorta puludu görüm onu hec bir həftədən sonra belə ala biləcəkmi baş yazar? Rüşvət var amma inanmıram ki jurnalistdən beləaciq-aşkar qanunsuz pul tələb olunsun. Hələ mən siğorta pulunu bir ay belə surundürən bankları demirəm Əvəz qağa...

Али 2019-05-15 10:15:37

Ay cənab redaktor! Mətbuat ictimai vicdanın güzgüsüdür.Heç bir dövlət qurumu vətəbdaçı peşəsinə statusuna görə silklərə bölüb imtiyaz qrupları yaratmamalıdır.Qanun ona görə qanundur ki, vətəndaşlara fərqli gözlə baxmır. İstər nazir ol, istər yazar ol, istər pozar. yada çoban. Siz səzə edilən xüsusi güzəşti normal kimi qəbul edirsinizsə, deməli sizdə vətəndaş vicdanı hələ oyanmayıb.

Zaza 2019-05-15 10:15:37

Yalandan basıb bağlamayın qanunu açın okuyun sığorta senedi hadiseden 10 gün müddetine gönderile biler ( mülkü mecellede var baxa bilersiniz) sen neye göre bir güne almalısan bu millete ne xeyrin deyib ki senin işlerin bu cür operatik hell olunmalıdır. Men hal hazırda Gürcistan’da yaşayıram burdada müddet 10 gündür.

Redaktora 2019-05-15 10:15:37

Mən Ə.Z-ni tanımıram, amma düppələmdüzləməsinə yazır. 2 gün əvvəl dostum qəza törətmişdi, həmin 24dəki kapitan Nicat (kiminsə qohumu olmasını burdan öyrəndim) çox rahat şəkildə dostumdan 150 manat aldı. 40 manat qəza şəraiti, 100 manat qəza olduğuna görə cərimə 10 manat da özünə qalır guya. Əks halda adamı Maştağadakı "dəlixanaya" da göndərir ki, get ordan arayış al. Lap biyabırçılıqdır. Bunun lazımi qanunu tərəfi yoxdurmu?! Bu rüşvət damğası bizim adımızdan nə vaxt silincək?!

Arslan 2019-05-15 10:15:37

Dövlət Yol Polisinin rəisi az qala 30 il eyni vəzifədə qalanda vəziyyət belə də olmalıdır. Ümumiyyətlə, ölkə polisi əhali arasında müsbət imicə malik deyil. Belələri onu daha da nüfuzdan salırlar. Polisdə həqiqi islahatlar aparılmasının vaxtı çoxdan çatıb.

İşi düşüb bilən 2019-05-15 10:15:37

O idarədə rüşvətə bulaşmayan, insanlarla insan kimi davranan bir adam varsa, elə Vaqif Əsədovdur. Nə etsin ki, DYP onu idarə edənlərə icarəyə verilib və hər ay müəyyən məbləğ yığılmalıdır. Belə olanda Vaqifi necə saysınlar? Axı inspektor günün sonu haqq verməlidir...

turan 2019-05-15 10:15:37

İslahatdı da gedir özüçün..

vidadi 2019-05-15 10:15:37

yolcularin ishi pul yigmaqdir bunu bilin da

Redaktor 2019-05-15 10:15:37

Əvəzə görə demirəm yalan filan ozü bilər.DİN yazır kimdən yazır nəyə görə. Amma bu müqəddəs ay haqqı hec kimində tərəfində deyiləm ölkədə DYP dən savayı jurnalistlərə zərrə qədərdə olsa hörmət eləyən yoxdu. Nə vaxt yol hərəkətini pozmuşuq yol verilən qədər xəbərdarliq edib hörmət ediblər.Özüm belə Baş yazaram.Günaha girmək olmaz.Vaqif Əsədov isə hərdən jurnalistləri "qalayir" ki-ə yazında, bəs məni saymırlar axı. Onun bu metodunu hələ Həsən Şirinovun vaxtından bilirəm, özüdə yaxşı bilir Bu qədər olurmu ya?

Oxucu 2019-05-15 10:15:37

son bir aylar DYP ishcileri kecmishe qayidiblar, insanlari narazi salirlar. Gorunur icaze aliblar. Amma bunun zamani deyil, rehberlikleri diqqet yetirmelidir bu meseleye

antiAbu 2019-05-15 10:15:37

Hər səhər yol polisi əməkdaşı 132-134 saylı məktəbin yanında dayanıb, məktəbə uşaq gətirən bəzi maşınları qapısını açıb uşaqların maşından düşməsinə köməklik göstərirlər, başqa maşınları isə tələsdirirlər. Bu cür xüsusi statuslu maşınlardan(90HR019) birinin sürücüsü İmaniyev Tural Oruc oğlu adlı birisi mart ayında mənim maşınımı bu məktəbin yanında vurdu. Bu xüsusi statuslu maşında oturub mənə dedi ki, istəyirsə polis çağır onsuz da səni günahkar çıxaracaqlar. Onun bu sözündən qəzəblənib, 102-yə zəng vurdum. O vaxta kimi mənim maşınımı vuran bir təxribatçı çağırtdırıb, mənim üstümə saldı. Bu təxribatçı çox çalışdı ki, mən onu vurum. Mən əsəblərimi cilovlaya bildim. Yarım saat sonra polislər gəlib çıxdılar və Tural Ağanın dediyi kimi məni borclu çıxartdılar. Ən gülməlisi də odur ki, ən sol zolaqda dayanıb uşaq düşürən maşının hərəkətini sol zolaqda hərəkət kimi qəbul edirlər. Korrupsiya İdarəsi yolunu azıb,tələbədən 20-30 manat almış müəllimi o dəqiqə həbs edir. Amma indiyə kimi bir nəfər də olsa YPX əməkdaşı həbs olunmayıb.

Moshu 2019-05-15 10:15:37

Respublikada çox anormal bir vəziyyət yaranıb. DYP yol hərəkətinin təhlükəsizliyini təmin etmə əvəzinə yol hərəkətinə böyük təhlükə yaradır. Görəsən əhalinin sayına görə Azərbaycanda nə qədər yol polisi əməkdaşı var,bu say yetərlidirmi,bəlkə sayı həddən artıq yüksəkdir? Normal hadla yol polisi əməkdaşı yüksək biliyə malik olmalı, xidmət etdiyi sahəni çox gözəl,mükəmməl bilməlidir, psixoligiyanı, məntiqi yüksək səviyyədə bilməlidir, çünki yol hərəkətində o, hər sahənin insanı ilə üz-üzə gəlir. Bu sıravi vətəndaş da, müəyyən vəzifənin daşıyıcısı da ola bilər. Sözün açığı, DYP bir qurum kimi əsl bataqlığa, korrupsiya yuvasına çevrilib, xirtdəıyinə kimi zibilin içindədir. Əgər sadə bir vətəndaş kimi mən və digər vətəndşlar bu biabırçılığı görürüksə, deməli bu yuxarıda qeyd etdiklərimi onun rəhbərliyi və korrupsiyaya qarşı mübarizə idarəsi də görməlidir. Bir sözlə, Nuşirədan Səfərov təkcə pensiyaya göndərilməli deyil,yol verdiyi pozuntulara görə məsuliyyətə alınmalıdır

t.ədalət 2019-05-15 10:15:37

Son vaxtlar DAM işçiləri sürücülərə qarşı açıq hərəkətə keçiblər.Xüsusilə,yollarda "mübahisəli" yerlərdə toplaşırlar.Onsuz da avtomobillərin sayına hesablanmayan yollarda (dar yollarda) üfiqi xətti həmişə gözləmək olmur.Ətrafdakı maşın sıxlığını nəzərə alıb qəzadan qaçan kimi başının üstünü alırlar:əlli manat cərimə, üç bal!Ən çox da C.Hacıbəyli küçəsindən "Gənclik" metrosuna ayrılan yol (Vaqif küç.)onların oylağına çevrilib.Əllərindəki "göstərici" ilə də düzgün davrana bilmirlər.

Son yazılar