Mübariz Qurbanlı yas mərasimlərindəki israfçılıqdan danışdı

Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb. Modern.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın milli adət-ənənələri həmişə mövcud olub. Lakin bu adətlər zamana uyğunlaşmalıdır.

“Azərbaycandan yas mərasimləri ilə bağlı həmişə dəqiq mövqeyimiz olub. Bugünkü mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalı, israfçılığa yol verilməməlidir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası 2009-cu ildə fətva da verib”.

M.Qurbanlı qeyd edib ki, hazırda rayonlarda insanlar çağırışa əməl edirlər.

“Düşünürük ki, onların səyi nəticəsində bu işin öhdəsində gələcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar