İRAN LİDERİ ABŞ-LA DÖYÜŞMƏKDƏN İMTİNA ETDİ - «Biz, Allaha inanırıq...»

«AzPoliika.info»-nun İran KİV-nə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) ali lideri, ayətullah Əli Xamenei bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları (ABŞ) ilə silahlı toqquşmadan qaçmaq isiəyir.

Onun sözlərinə görə, İran xalqı «Ştatlara müqavimət yolunu seçib», amma hərbi xarakterli yolu yox («Fars»).

«Bu,İranın və ABŞ-ın iradəsinin toqquşmasıdır və bizim iradəmiz güclüdür, çünki bütün bunlara əlavə olaraq, biz Allaha inanırıq» - deyə, Xamenei izah edib.

O, təsdiqləyib ki, hələlik Tehran Vaşinqtonla nüvə və raket proqramları üzrə danışıqlar aparmaq niyyətində deyil.

Bundan əvvəl ABŞ İrana «siqnal» olaraq, Fars körfəzinə hərbi-dəniz qüvvələrinin (HDQ) zərbə qrupunu göndərib. Qrupun başında «Avraam Linkoln» aviadaşıyıcısı dayanır.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-15 10:37:21

Ay gerizəkalı bəyəm Amerika allaha inanmır. Sən məsciddə əl açırsan allah, o da kilsədə.

Son yazılar