Rusiyada azərbaycanlı həmyerlisini öldürüb

Rusiyada azərbaycanlı həmyerlisini bıçaqlayaraq öldürüb.

ONA-nın “donnews.ru”ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Taqanroq şəhərində baş verib.

Avtovağzal yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan iki azərbaycanlı arasında münaqişə başlayıb. Daha sonra tərəflərdən biri digərinin əlinə bıçaqla xəsarət yetirib. Ardınca zərərçəkmiş şəxsin qardaşı bıçağı götürərək onu öldürüb. Qətli törədən şəxs polisə təslim olub.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başladılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar