ABŞ bütün diplomatlarını İraqdan çıxarır

ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.

“Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib”, - səfirliyin rəsmi açıqlamasında vurğulanıb.

Müvəqqəti olaraq standart viza xidməti də dayandırılıb.

Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar