GENERALIN QOHUMU POLİSƏ SİLAH ÇƏKDİ! - Cinayət işi başlanıb + FOTO

Bakıda kütləvi dava edən gənclər polisə bıçaqla müqavimət göstərib.

“Report” xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov, S.Binnətəliyev, həmçinin Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli tutulub. Daha bir neçə nəfərin axtarıldığı bildirilir.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrlə cinayət işi açılıb.

Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin qohumudur.

635x100

Şərhlər

Arslan 2019-05-15 16:01:46

Hara çevirsən cinayət törədənlərin, cinayətkarları himayə edənlərin, yaxud qanunsuz əməllərində kimlərəsə arxalananların bir tərəfi keçmiş və ya indiki polislərə gedib çıxır. ....

Lerikden Mehemmed Hesen emi 2019-05-15 16:01:46

Ay tifaqiniz daqilmasin men ewweyimle bir yerde ot bicinine getmek istediyim vaxt bu ne xeber idi verdiz? heee qoy indi iYoldaw Adil Eliyov cixsin bir izahat versin gorek bu ne meseledir ki gece gunduz qanundan Yapdan danjwirdi... Xub xub bes bu ne? ewwi neyime lazim ewweyim meni bekler gedim meweye buzovlara bir qucaq ot getirim,onlar bir yerlerden acgoz kimi Bakiya darawanlardan min defe akilli...

ayrım 2019-05-15 16:01:46

Adil və Məhərrəm Əliyevlərində torbaların belə tikdilər...

yalçın 2019-05-15 16:01:46

pul, mənsəb, .. .... bir yerdə olanda quduzluq başlayır...

t.ədalət 2019-05-15 16:01:46

Küçənin adı Aşıq Molla Cümədir.

Son yazılar