İsrail 400 hektar torpaq mənimsəyib

İudeya və Samariyanın vətəndaş administrasiyası (1967-ci ildə işğal edilmiş ərazilərdə israil idarə orqanı) İordaniya çayının Qərb sahilində Esion yəhudi qəsəbəsində, İsrailin tərəfindən 400 hektar torpağın mənimsənilməsini elan edib.

Oxu.Az Reuters-a istinadən xəbər verir ki, bu addımın səbəbi açıqlanmayıb.

ABŞ bu təçşəbbüsə neqativ reaksiya verib. “Biz İsrail hökumətini bu qərarı dəyişməyə çağırırıq”, - amerika Dövlət Departamentinin nümayəndəsi bildirib və əlavə edib ki, İsrailin hərəkəti fələstinlilərlə münasibətin nizamlanmasına vasitəçi olmur.

“Peace Now” təşkilatında fələstin dövləti üçün nəzərədə tutulmuş ərazidə israil yaşayış məskənlərinin salınmasına qarşı çıxış edərək bildiriblər ki, bu 1980-ci ildən Qərb sahilində İsrailin ən böyük ərazi işğalıdır.

Fələstin lideri Mahmud Abbasın mətbuat katibi Nabil Abu Radinah (Nabil Abu Rdainah), İsraili torpaqları işğal etməkdən əl çəkməyə çağırıb. “Bu qərar böyük qeyri-sabitliyə aparır. Bu yalız Qəzzadakı müharibədən sonra qarşıdurmanı gücləndirəcək”, - o qeyd edib.

İsrail tikinti nazirliyi iyunun əvvəlində FATH və HƏAMS-ın razılığa gəlməsinə cavab olaraq fələstin ərazisində yəhudi qəsəbələrində 1500 yeni evin tikintisi üçün tender elan edib. 400 evi Şərqi Yerusalimdə, qalanlarını isə İordaniya çayının Qərb sahilində ucaltmaq nəzərdə tutulub.

Fələstinlilər tərəfindən üç yeniyetməni qətlə yetirilməsi yeddi həftəlik hərbi hərəkata gətirib çıxardı, Qəzzada hərbi hərəkata Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma bağlnanması ilə son qoyuldu.

İordaniya çayının Qərb sahilində və Yerusalimin şərqində 500 min yəhudi və 2,4 milyon fələstinli yaşayır. Bu ərazilər İsrail tərəfindən 1967-ci ildə altıgünlük müharibə zamanı işğal edilib. BMT bu torpaqlarda israil qəsəbələrinin mövcudluğunu qeyri-qanuni olduğunu və beynəlxalq qanunvericiliyə zidd hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar