ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşının həbs müddəti uzadılıb

İstanbul Ağır Cinayətlər Məhkəməsi ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, FETÖ ilə əlaqədə və casusluqda şübhəli bilinən Mətin Topuz barəsində qəbul edilən həbs qətimkan tədbirinin müddətini uzadıb.

“Report” xəbər verir ki, məlumatı “Vatan” qəzeti yayıb.

Bildirilib ki, məhkəmənin növbəti iclası cari il iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, Mətin Topuz 2017-ci ilin oktyabrında həbs olunub.

Xatırladaq ki, Mətin Topuza qarşı Türkiyə Konstitusiyasının pozulması, casusluq fəaliyyəti və hakimiyyətin devrilməsinə cəhd maddələri üzrə cinayət işi açılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar