Akif Çovdarovun məhkəməsinin vaxtı məlum olub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərləri kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

ONA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası mayın 30-na təyin edilib.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar