“Nə vaxtsa inauqurasiyası olacaq...” - Kreml Zelenskini ələ salır

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiyasının gecikməsi ilə bağlı açıqlama verib. “AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, prezidentin sözçüsü Zelenskini ələ salaraq, onun inauqurasiyasını lağ obyektinə çevirib.

Jurnalistlər Peskovdan soruşublar ki, Rusiya Ukraynanın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalarla bağlı dərhal addımlar atılacaqmı, yoxsa Kreml bunu Zelenskinin inauqurasiyasından sonraya saxlayacaq? Prezidentin sözçüsü, nəhayət, Zelenskinin nə zamansa and içə biləcəyinə ümid etdiklərini deyib: “Biz ümid edirik ki, Ukraynanın yeni prezidentinin inauqurasiyası nə zamansa baş tutacaq. Hansısa anda. Gec, ya tez...”

Qeyd edək ki, Ukraynada yeni prezidentin andiçmə mərasiminin tarixi ətrafında gərginlik getdikcə artır. Ukrayna parlamenti hər vasitə ilə Zelenskinin and içərək, prezident səlahiyyətlərinin icrasına başlamasını gecikdirməyə çalışır. Buna səbəb yeni prezidentin ilk addımının parlamenti buraxmaq olacağına dair səsləndirilən fikirlərdir. Zelenskinin özü də belə bir niyyətinin olduğunu gizlətməyib. Lakin bunun üçün onun mayın 28-dək and içməsi lazımdır. Çünki Ukrayna qanunvericiliyinə görə, növbəti parlament seçkisinə 6 aydan az vaxt qaldığı təqdirdə, prezident Ali Radanı buraxa bilməz. Seçki isə noyabrın 28-də keçiriləcək. Bu səbəbdən mayın 28-dən sonra parlamenti buraxmaq mümkün olmayacaq.

İstənilən halda inauqurasiya ən geci iyunun 3-dək keçirilməlidir. Lakin Poroşenkonun bloku başda olmaqla, parlament bu tədbirin mayın 28-dən sonraya təyin edilməsinə çalışır. Yuliya Timoşenkonun partiyası isə andiçmənin daha tez keçirilməsinə tərəfdardır. Əgər parlament tədbirin tarixilə bağlı yekun qərara gələ bilməsə, qanunla spiker özü təkbaşına qərar vermək ixtiyarına malikdir. Parlamentin sədri Andrey Parubiy isə andiçmənin yubadılmasına tərəfdar olduğunu gizlətmir.

“AzPolitika”

635x100

Şərhlər

yalçın 2019-05-15 16:53:36

tam tərsi..sırf öz adamlarıdır: rusrail-ukrail..

Son yazılar