“Mən jurnalistlərə qıcıq oluram” - Təqaüdə göndərilən Ənvər Seyidov

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

Modern.az-ın əməkdaşı 1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidovun bundan sonrakı fəaliyyətilə bağlı suallara aydınlıq gətirməsi üçün onunla əlaqə saxlayıb.

Ə.Seyidov geniş danışmaq istəmədiyini vurğulayıb:

“Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

Tanınmış hakim 70 illiyilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını da dilə gətirib: “Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.

635x100

Şərhlər

avam şofer 2019-05-15 17:00:48

Oxucu ilə razıyam. Deyildiyi kimi indi vaxtın lap çox olacaq.Onda bilərsən ki,hakimlərin Hakimi uca ALLAHDIR.Onun müstəqil çıxartdığı qərarlardan apellyasiya şikayəti vermək olmur.

taqi 2019-05-15 17:00:48

yeqin saxta qerarlarin da orada oz eksini tapacaq

babək 2019-05-15 17:00:48

doğrudanmı belələri imam Hüseyn nəslindəndir? genləri yoxlanılmalıdır..

seymur 2019-05-15 17:00:48

Prezidentin bu fermani cox vaxtinda verilmish qerardi xalq minnatardi

miri 2019-05-15 17:00:48

Siz nəinki jurnalistlərə qiciqsiniz, hətta adi insanlarından pis münasibətini qazanmısınız. Allah bu dünyada etdiklərinizi əvəzini almağı qismət etsin. İnşəallah.

məmiş 2019-05-15 17:00:48

ədliyyədə yox ətliyyədə...

yalçın 2019-05-15 17:00:48

mavr sdelal svoye delo i prosto uşyol?

oxucu 2019-05-15 17:00:48

indi vaxtın çox olacaq,otur fikirləş nə qədər insanın evini yıxmısan.Allah sənə etdiyin pisliklər qədər cəza versin.Sən verdiyin cəzalardan Allahın cəzası çox ağır olur. Bir adam ola bilməz ki sənə yaxşı yazsın.

t.ədalət 2019-05-15 17:00:48

Şəxsən mən sizin kimi insanların haqqını tapdayan,qanunları şəxsi qazanc alətinə çevirən birisi haqqında senari yazmazdım.Mən onlarla sənədli filmin senarisini yazmışam.Həmin sənədli filmlər Azərbaycan torpaqları uğrunda canlarını fəda edən Vətən oğullarıdır.Haqq oğruları haqqında film çəkənlər,görünür haram qazancınızdan ödədiyiniz pullara aldanıblar.Onlar,görəsən nəyinizi,hansı keyfiyyətinizi lentin yaddaşına köçürəcəklər?

Son yazılar