Nazir müavini Yəhya Musayev Minskdə  görüşlər keçirib - FOTOLAR

Mayın 15-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tədbirə ev sahibliyi edən Belarus Respublikasının stendini ziyarət edib və bu ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədəki mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sərgidə nazir müavini Yəhya Musayev Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubiley medalı ilə təltif olunub.

Nazir müavini Yəhya Musayev mayın 15-də Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradoviclə də görüşüb.

Görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb.

Nenad Miliradovic “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

 

635x100

Şərhlər

Etibar 2019-05-15 17:37:36

Belə bir adda nazirlik hazırda var?

Son yazılar