Sumqayıtda iki qızı maşın vurub

Dərc olunub: 15/05/2019 - 18:04

75cdc07d157df4Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Koroğlu prospektinin 8-ci mikrorayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu piyada zolağından keçmək istəyən 1998-ci il təvəllüdlü Lalə Abdullazadəni və 2000-ci il təvəllüdlü Aytac Babayevanı 10 RB 590 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil vurub.

Qəza nəticəsində hər iki piyada xəsarət alıb. Onlara sağ aşağı ətrafın qapalı sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Piyadalar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin