Ukraynada 1000-dən çox rus hərbçi var - Video

Ukrayna qaytarılan 63 hərbi əsirin əvəzində Rusiya tərəfinə bu həftə ələ keçirilmiş 9 rus desantçısını təhvil verib. Əsirlər Rusiya tərəfinə Xarkovdakı sərhəd-keçid məntəqəsində geri qaytarılıb.

ANS TV-nin məlumatına görə, Ukrayna Rusiya tərəfinin jestinə cavab olaraq rus desantçıları geri qaytarıb. NATO-nun iddialarına görə hazırda Ukrayna ərazisində 1000-dən çox rusiyalı hərbçi var.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lisenko Rusiyanın Ukraynanın şərqinə növbəti humanitar yardım karvanını göndərmək üçün Kiyevdən icazə istədiyini bildirib.

“İlkin planımız belədir ki, humanitar yardım Ukrayna sərhədinə dəmiryolu ilə daşınsın. Həmçinin yardımın Qırmızı Xaç Komitəsinin nümayəndələrinə ötürülməsi ilə bağlı razılığa gəlmişik”-deyə Lisenko qeyd edib.

Ukrayna qoşunları Xrabski kəndində ağır məğlubiyyətə uğrayıb, geri çəkildikdən sonra yerli sakinlər evlərinə qayıtmağa çalışıb. Bəziləri artilleriya bombardmanında dağılmış evlərini yenidən tikməyə başlayıblar. Son döyüşlərdən sonra ərazi xarabalığa çevrilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar