"Rusiya ABŞ-la dialoqa hazırdır, söz Vaşinqtonda..." - Putin

Rusiya ABŞ-la dialoqun təşkil olunmasına tam hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, bunun üçün rəsmi Vaşinqtonda zəruri daxili siyasi şərait mövcud olmalıdır:

“Biz dialoqa açığıq, iş bizdə deyil, iş bizim amerikalı tərəfdaşlarımızdadır. Onlarda siyasi şərait uyğun olan kimi, biz də öz növbəmizdə öhdəmizə düşən işləri görməyə hazırıq”.

V.Putin ümidvar olduğunu bildirib ki, bu şərtlər tədricən yaranmaqdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar