"Ukraynaya hərbi müdaxilə olmayacaq" - Sergey Lavrov

Russian FM Lavrov attends news conference in MoscowRusiyanın Ukraynadakı münaqişəyə hərbi müdaxiləsi olmayacaq.

APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni tədris ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Moskva böhranın sülh yolu ilə həllinə tərəfdardır.

"Hərbi müdaxilə olmayacaq. Biz ağır böhranın, faciənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq. Bütün etdiklərimiz siyasi yanaşmanın təşviqinə yönəlib", - deyə Rusiya XİN başçısı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar