Avstriyanın prezidenti ABŞ-ı təxribatda günahlandırıb - «MAQATE 13 dəfə yoxlayıb...»

Aleksandr Van der Bellen dəqiqləşdirib ki, MAQATE İranda 13 dəfədən az olmayaraq yoxlama aparıb və hər dəfə də nəticədə təsdiqləyib ki, Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə öhdəliklərinə sadiqdir.

Avstriyanın prezidenti Aleksandr Van der Bellen Vaşinqtonun məlum müqavilədən çıxmasından sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana yönəlik irəli sürdüyü yeni sanksiyalarını və Tehranla əməkdaşlığa görə, Avropa şirkətlərini cərimə ilə təhdid etməsini təxribatçı addım adlandırıb.

«MAQATE ən azı 13 dəfə İranda yoxlamalar aparıb və nəticədə hər dəfə təsdiqləyib ki, İran BHFP üzrə öhdəliklərinə əməl edir. Ancaq buna baxmayaraq, ABŞ müqavilədən başqa səbəblə çıxıb. Avropanın nöqteyi-nəzərincə, xüsusilə o faktı təxribatçı hesab etmək olar ki, ABŞ müqavilədən çıxandan sonra İrana yönəlik yeni sanksiyalar irəli sürüb. Tamlıqla bu, Amerikanın qərarıdır, ancaq eyni zamanda onlar deyirlər ki, İranla əməkdaşlığı davam etlirən bütün Avropa firmaları cəzalandırıla bilərlər» - Van der Bellen qeyd edib.

Prezident əlavə edib ki, Avstriya ABŞ-ın BHFP adlı sənəddən çıxmasından və bunun ardınca İrana qarşı sanksiyaların bərpasından təəssüflənir.

«Siz bilirsiniz ki, Avstriya ABŞ-ın məlum müqavilədən çıxmasından və bundan sonra İrana yönəlik sanksiyaların bərpasından təəssüflənir. Bu sanksiyalar dolayısı ilə Avropa, xüsusilə də Avstriya firmalarına təsir edir» - deyə, prezident bildirib.

AzPolitika.info

635x100

Şərhlər

Mühəndis 2019-05-16 00:02:42

Qarabağ Komsədri və Keçmiş BN P.Hüseyn də 25 il sonra da Dünya ictimaiyyəti ilə iş aparmaq istəyir ki, desin-"Qarabağ Azərbaycanındır, hə?" İRİ MAGATEnin qaydalarına uyğun elmi-tədqiqat işləri aparır. Özgə kimlərinsə rasist düşüncəsinə bunun nə dəxli olur?

Dilemma 2019-05-16 00:02:42

Bizim Amerikanı tənqid etməyə gücümüz var? Hələ Dağlıq Qarabağ ətrafı 7 rayonumuzu əldən veririk.Amerika ilə aranı pozmaq kimə və nəyə xidmət edir?

Son yazılar