ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırıb

ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ-ın nəqliyyat naziri Eleyn Çao bildirib ki, ölkə administrasiyası mövcud təhlükə ilə əlaqədar Venesuela ilə hava nəqliyyatını müvəqqəti dayandırır.

"Daxili Təhlükəsizlik Nazirliyi bu nəticəyə gəlib ki, Venesuelanı tərk edən və bu ölkəyə uçan təyyarələrin, sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyinə təhdidin mövcud olması ABŞ və Venesuela arasında mülki aviasiya üzrə bütün reyslərin təcili dayandırılmasını tələb edir", - deyə bəyanatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar