«XƏZƏR-MARKET» ALDADIR - İstehlak bazarında hərc-mərclik tüğyan edir!

Bu istiqamətdə hökumətin fəaliyyətsizliyi təəccüb doğurur...

Bakının Yeni Günəşli qəsəbəsinin «V» yaşayış sahəsində «Xəzər-Market» adlı böyük bir dükan fəaliyyət göstərir. Bu səhər yolum həmin dükana düşdü - plastik qabda 1,0 litr Gədəbəy suyu («Slavyanka») götürdüm. Qiymətinə diqqət yetirdim - 0,57 manat. Kassaya yaxınlaşdım və xeyli «orijinal» bir situasiya ilə üzləşdim - kassada suyun qiyməti 0,62 manat çıxdı!

Səbəbini soruşdum - kassada işləyən cavan qız bir cavan oğlanı çağırdı və sualımı ona ünvanlamalı olduğumu dedi. Məsələni oğlana danışdım və qiymət fərqinin səbəbini soruşdum. Oğlan üz-gözünü turşudaraq, «bir səhvdir də olub» - dedi. Soruşdum ki, bu səhv nə üçün həmişə satanın xeyrinə baş verir? Oğlan gülümsünüb, doğdağının altında mızıldandı - heç nə anlamadım, o da çıxıb getdi...

Bu, bir epizoddur - mən qarşılaşdım. Nə yazıq ki, bu gün Azərbaycanın istehlak bazarında total bir hərc-mərclik («dərəbəylik») hökm sürür - satıcılar hər vasitə ilə istehlakçıları həm kəmiyyətdə, həm keyfiyyətdə, həm qiymətdə (qiymətlər süni şəkildə qaldırılır!), həm də «endirim kampaniyası» adı altında aldadırlar. Dərdimizi deməyə bir ünvan da yoxdur - sanki bütün bunların «Novruz hökuməti»nə heç bir aidiyyəti yoxdur...

 

Bu yaxınlarda dövlət başçısı Nazirlər Kabineti ilə keçirdiyi müşavirədə bildirdi ki, bazara nəzarət edən qurumlar var və onlar imkan verməməlidirlər ki, natəmiz adamlar qiymətləri süni şəkildə qaldırsınlar, hansısa inhisarçı fəaliyyətlə məşğul olsunlar və s. Sahə üzrə mövcud vəziyyət göstərir ki, aidiyyəti orqanlar öz vəzifələrini yerinə yetirmirlər və ya yetirmək istəmirlər. Sanki onlar «əlahəzrət inhisar»dan çəkinirlər. O zaman vay halımıza ki, «hökumətimiz inhisarımız»dan qorxur... qoxur nədir, lap «üyüdür»! Belədə, məntiqi sual yaranır: Əlazəzrət inhisar bunca gücü haradan alır?! Sualı hər kəs üçün açıq saxlaıram...

Bəs, ölkənin istehlak bazarında hökm sürən rüsvayçı vəziyyət haradan şərtlənir? Yenə «Novruz hökuməti»nin fəaliyyətsizliyindən. Bu qənaətimi konkret misalla əsaslandırmaq istərdim. Məlum olduğu kimi, hələ 1998-ci ildə Azərbaycanın Baş naziri Artur Rəsizadə bir sənəd imzalayıb - «Azərbaycan Respublikasında ticarət və xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları» adlanır. Bu sənəd sanki ölü doğulan körpəymiş kimi, imzalanığı gündən «dərin quyuda dəfn olunub» - təcrübədə, onun tələblərinin heç birinə əməl olunmur. Artur hökuməti uzun illər bu vəziyyəti görməzliyə vurdu. Ənənə üzrə, indi də bu «zorən maymaqlığı» Novruz hökuməti davam etdirir...

Xeyli maraqlı bir mənzərə ilə üz-üzəyik - nə kələkdirsə, cəmiyyətə islahat adı altında təqdim olunan «yerdəyişmə qanunu» istehlak bazarından yan keçir. Bu görməzliyin səbəbi və məqsədi nədir?

Sualı Novruz hökuməti üçün açıq saxlayıram...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar