ABŞ-da vertolyot Hudzon çayına düşüb – VİDEO

Dərc olunub: 16/05/2019 - 00:08

4f1d1a01-d89b-4973-a345-a1131776cf5eABŞ-da vertolyot qəza enişi edib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Yorkda, Hudzon çayında baş verib. Hadisə ilə əlaqədar əraziyə polis kateri göndərilib. Qeyd edilir ki, vertolyot suyun altındadır.

Hadisə zamanı vertolyotda neçə nəfərin olması, habelə ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir.

ABC teleşirkəti isə bildirib ki, Nyu-York ştatının Polis İdarəsinin kateri vertolyotu yedəyinə alıb. Hazırda hava maşınını sudan çıxarmaq istəyirlər.










loading...


Fikrinizi bildirin