"Latsio" yeddinci dəfə İtaliya Kubokunu qazanıb

"Latsio" Futbol üzrə İtaliya Kubokunun finalında "Atalanta"ya qalib gələrək İtaliya Kubokuna sahib olub.

"Report" xəbər verir ki, Roma klubu final matçında iki qol sayəsində İtaliya kubokunu əldə edib.

Oyunda hesabı Sergey Milinkoviç-Saviç açıb. Xoakin Korrea isə komandasının sonuncu qoluna imza atıb.

Bununla da "Latsio" tarixində yeddinci dəfə İtaliya Kubokunun sahibi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar