"Sarkisyan Rusiyadan icazəsiz İlham Əliyevlə görüşə bilməz"

Bu fikirlər erməni siyasi və beynəlxalq araşdırmalar mərkəzinin direktoru Ağasi Yenokyana məxsusdur.

ANS PRESS-in məlumatına görə, politoloq Tert.am-a müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən Uels görüşünü şərh edib.

"Burada çox vacib bir məqam var: Əliyev NATO sammitində iştirak edəcək. Onların orada görüşməsi məsələsinə gəlincə isə, bu Serj Sarkisyanın sammitə gedib-getməyəcəyindən asılıdır.

Belə ki, Putinin qarşısında heç bir öhdəlikləri olmadığından İlham Əliyev Uelsə getməkdən çəkinməyəcək. Söhbət Ermənistandan getdikdə isə, mən düşünürəm ki, Serj Sarkisyanın İlham Əliyevlə görüşünə və Uels səfərinə Rusiyanın reaksiyasını nəzərdən keçirməlidir. Bu planda hələ ki Serj Sarkisyanın ora gedəcəyini təsdiqi yoxdur və bu görüşün mümkünlüyünü təsdiqləmək çətindir."

Ağasi Yenokyanın fikrincə, görünür ki, bu görüş baş tutmalıdır: "Sadəcə Rusiya təbliğatının təşkil etdiyi Soçi görüşü heç nəyi həll etmədi. Qarabağ promlemində hər hansı bir irəliləyiş yoxdur. Həmsədrlərin fəaliyyəti bir nəticə vermədiyindən, bu görüşə ehtiyac var."

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistan prezidentlərinin NATO-nun Uelsdə keçiriləcək sammitində görüşlərinin baş tutma ehtimalını bildirib. Prezidentlərin Soçi görüşününün nəticəsiz olduğunu qeyd edən Uorlik, yeni görüşə ehtiyac olduğunu vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar