İnterpol Hüseyn Abdullayevin axtarışını dayandırıb

Keçmiş millət vəkili: “Artıq dünyanın bütün ölkələrinə sərbəst şəkildə gedib-gələ biləcəm, Azərbaycandan başqa”

İnterpol təşkilatı 2014-cü ilin avqustundan Azərbaycan Milli Məclisinin keçmiş üzvü Hüseyn Abdullayevin axtarışını dayandırıb. Yada salaq ki, Hüseyn Abdullayev haqqında İnterpol xətti ilə axtarış Azərbaycan dövlətinin müraciəti əsasında həyata keçirilirdi. Bir müddət öncə Azərbaycandan gedən Hüseyn Abdullayevə Almaniya 2014-cü ildən siyasi sığınacaq verib.

Keçmiş millət vəkilinin “Yeni Müsavat”a göndərdiyi açıqlamanı təqdim edirik:

“Hörmətli həmvətənlərim, sevimli xalqım!

Sizin nəzərinizə çatdırıram ki, vəkillərimin uzun müddətdir

apardığı qarşılıqlı yazışmaları nəticəsində mərkəzi Fransanın Lion şəhərində yerləşən Beynəlxalq Polis Təşkilatı (İnterpol) avqust ayından mənim haqqımda axtarışı öz rəsmi veb səhifəsindən çıxarıb.

Hesab edirəm ki, belə bir mühüm faktın özü mənim nə qədər günahsız olduğumu bir daha təsdiq edir. Eyni zamanda bu hadisə onu göstərir ki, Azərbaycanda mənə yönələn ittihamlar tamamilə saxta, qərəzli və siyasi motivlidir.

Dəyərli dostlarım! Bundan sonra Azərbaycandan başqa bütün ölkələrə sərbəst gediş-gəliş imkanım var. Azərbaycana gəlişimi isə haqqımda saxta ittihamlarla qaldırılan cinayət işi əngəlləyir. Mənə və ailəmə qarşı basqılar bu gün də davam edir. Belə çətin durumda mənə dəstək olan bütün insanlara dərin təşəkkürümü çatdırıram. Ayrıca, qarşılaşdığım çətin hüquqi sürəcdə hüquqi dövlət olduğunu bir daha təsdiqləyən, insan hüquq və azadlıqlarını, ədalətli olmağı öz dövlət idarəçiliyində təməl prinsip sayan Almaniya dövlətinə minnətdarlığımı ifadə edirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar