Azərbaycanda 700 quşun adı dəyişdirilir

“Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O xatırladıb ki, məlum məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, institutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb: “Uzunmüddətli müzakirələrdən sonra quş adlarının bəziləri dəyişdirildi, bəziləri qaldı, bəziləri isə iki adla qeyd edildi”.

İnstitut direktoru bildirib ki, yekun qəbul edilən qərar Akademiyanın Biologiya və tibb elmləri bölməsinə verilib: “Məsələ bir daha müzakirə edildi və bəzi xırda dəyişikliklər edilərək ümumilikdə 700-ə yaxın quş növünün adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Sadəcə, mətbuatda şou yaratmaq naminə məhz 20 quş növünün adı gündəmə gətirildi”.

E.Yusifov qeyd edib ki, Azərbaycan faunasında 402 quş növü təsdiq edilib və onun içərisində fikir ayrılığı yaradan 20 adın içərisində, təxminən, yarısını birmənalı şəkildə saxladıq: “Quşlara veriləcək milli adlarımız olduğu təqdirdə rus adlarının verilməsini məqsədəuyğun hesab etmədik”.

635x100

Şərhlər

Müəllim 2019-05-16 12:23:17

Allah ağıl versin! Heç hənanın yeridir? 100 illərdir sərçə sərçədir,Qarğa qarğadır,qaranquş qaranquşdur,bülbül bülbüldür. Bu qədər Azərbaycanın problemləri qarşısında iş tapmamısınız? Elə bu sahədə də elmi axtarışlara ehtiyac var.Amma bu məzmunda? Məsələ,qaranquşlar əvvəlki illərə nisbətən niyə az görünür və gec uçub gəlirlər? Yəqin kiməsə akademik adı vermək lazımdır.Bunu elmi iş adlandıracaqsınız.Rəzalət!

Mirzə AĞ 2019-05-16 12:23:17

Əcəba, bunların özgə işi-gücü yoxdurmu?!

Oqtay 2019-05-16 12:23:17

Erməni torpaqlarımızı əlimizdən alıb yerin yurdun adlarını dəyişir bunlar isə göydə uçan quşların....Kişilər güya işləyir

Son yazılar