ETA qruplaşmasının lideri həbs olunub

İspaniyanın Bask bölgəsinin müstəqilliyi uğurunda mübarizə apardığını elan edən ETA-nın lideri Cosu Ternera həbs olunub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, Fransa və İspaniyanın hüquq-mühafizə orqanlarının keçirdikləri birgə əməliyyat nəticəsində Fransanın Sallançes bölgəsində saxlanılıb. C.Ternera 17 ildir qaçaq həyatı yaşayırmış.

C.Ternera (Antonio Urrutikoeçea) 1987-ci ildə İspaniyanın Zaraqos şəhərində polis kazarmasına hücumda və 11 nəfərin öldürülməsində ittiham olunur.

ETA Avropa İttifaqının terrorçu qruplar siyahısına daxil edilib. Bu qrup 1959-cu ildən 2018-ci ilədək fəaliyyət göstərib. Ötən il fəaliyyətini dayandırdığını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar