Rusiya XİN başçısı: "Moskva Qərblə dialoqa ümid edir"

Rusiya Qərblə dialoqa ümid edir. APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni dərs ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə deyib.

"Tərəfdaşlarımızla razılaşmadıqlarımızı müzakirə etmək lazımdır. Ümid edirik ki, onlar da bizə belə münasibət göstərəcəklər, bizi bütün məsələlərdə günahlandırmayacaqlar, oturub söhbət edib öz etirazlarını vicdanlı olaraq bildirəcəklər. Əgər bu baş verməyəcəksə, onda biz belə bir nəticəyə gələcəyik ki, tənqid ancaq ultimatumlara, sanksiyalara haqq qazandırmaq üçün lazımdır", - deyə Rusiya XİN başçısı gələcək diplomatların önündə çıxışında qeyd edib.

S. Lavrov onu da bildirib ki, ABŞ və Avropa İttifaqı Ukrayna hökumətindən dinc sakinlərə qarşı ağır artilleriya və aviasiyadan istifadəni dayandırmağı tələb etməlidir: "Vaşinqton və Brüssel Kiyevdən digər münaqişələrdə tələb etdiklərini tələb etməlidir. Moskva əmindir ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə praqmatik əməkdaşlığa qayıtmaq lazımdır. Bu, qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında olmalıdır. Bunun üçün əlbəttə ki, perspektivsiz hədə, ultimatum və sanksiya siyasətindən tamamilə imtina etmək lazımdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar