Bakıda quldur dəstəsi evə silahlı basqın etdi

Bakıda mənzilə basqın olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Bir qrup cinayətkar dəstə idman papaqları ilə maskalanaraq səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində qəsəbə sakini Sudabə Salayevanın evinə silahlı basqın edib.

Maskalı şəxslər evdə S.Salayevanın saçından tutaraq özləri ilə silah qismində gətirdikləri ucu iti əşyanı onun boğazına dirəyib, qızıl və pul tələb ediblər.

Naməlum şəxslər ondan 5100 dolları alaraq ev sahibəsinə zor tətbiq edərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyənm edilərək saxlanılması istiqamətində tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar