Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Dərc olunub: 16/05/2019 - 15:37

futbolMacarıstan milli komandasının Azərbaycan və Uelslə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb.

“Report”un Macarıstan Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Marko Rossi qarşıdakı oyunlara 32 futbolçu çağırıb. Onlardan 26-sı yekun heyətdə yer alacaq.

Qapıçılar: Dibuş Denes (“Ferentsvaroş”), Qrof David (“Honved”), Peter Qulaşi (“Leyptsiq”, Almaniya), Adam Kovaçik (“Mol-Vidi”)

Müdafiəçilər: Baráth Botond (Sporting Kansas KC) Bese Barnabás (Le Havre) Ferenczi János (DVSC) Fiola Attila (Mol-Vidi FC) Kádár Tamás (Dinamo Kijev) Korhut Mihály (Árisz Szaloniki) Lovrencsics Gergő (Ferencvárosi TC) Pávkovics Bence (DVSC) Vinícius Paulo (Mo-Vidi FC) Willi Orbán (RB Leipzig)

Yarımmüdafiəçilər: Gazdag Dániel (Budapest Honvéd) Holman Dávid (Slovan Bratislava) Kalmár Zsolt (DAC) Kleinheisler László (NK Osijek) Kovács István (Mol-Vidi FC) Nagy Ádám (FC Bologna) Pátkai Máté (Mol-Vidi FC) Szoboszlai Dominik (RB Salzburg)

Hücumçular: Bódi Ádám (DVSC) Dzsudzsák Balázs (ai-Ittihad) Eppel Márton (Kajrat Almati) Holender Filip (Budapest Honvéd) Nagy Dominik (Legia Varsó) Németh Krisztián (Sporting Kansas KC) Szalai Ádám (TSG Hoffenheim) Varga Roland (Ferencvárosi TC) Vida Kristopher (DAC), Zsótér Donát (Újpest FC)

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda, Uelslə isə iyunun 11-də Budapeştdə üz-üzə gələcək.








loading...


Fikrinizi bildirin