“Anatolian Phoenix-2019” təlimləri davam edir - VİDEO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin növbəti günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki Mi-35 və iki Mi-17 helikopteri iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar