"Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb" - Mikayıl Cabbarov

"Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəməni nəzərəçarpacaq dərəcədə artırıb".

"Report" xəbər verir ki, bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.

"Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır", - deyə nazir qeyd edib.

635x100

Şərhlər

safar nicat oglu 2019-05-16 22:08:15

Vergi odemeleri hemishe olub -evveller bu pullari vergiler banditlerri ogurlayirdilar . Ayibdir-Elekperov semimi olsun o her seyi bilir.

Son yazılar