Dubay aeroportunda ABŞ-a məxsus təyyarə qəzaya uğrayıb

Amerikanın "Honeywell" şirkətinə məxsus "Diamond DA40" tipli birmühərrikli təyyarə cümə axşamı Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Əş-Şark əl-Ausat" qəzeti yazıb.

Nəticədə göyərtədə olan dörd nəfərdən ikisi – pilot və köməkçisi ölüb.

Qəzaya ilkin səbəb olaraq texniki nasazlıq göstərilir.

Dubay hava limanı qəzadan sonra bir müddət fəaliyyətini dayandırıb. Hazırda ştat rejimində işləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar