Slvador sahilərində 5,9 bal gücündə zəlzələ olub

 

Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin ətraf mühitin qorunması və təbii sərvətlər nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, zəlzələ ölkənin paytaxtı San-Salvadorda da hiss edilib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi öz növbəsində bildirir ki, 5,7 bal gücündə zəlzələ Nikaraqua sahillərində baş verib.

Yeraltı təkanların episentri Çinandeqa şəhərindən 77 kilometr qərbdə, ocağı isə 100 kilometr dərinlikdə yerləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar