“BÜTÜN SƏNƏDSİZ EVLƏRƏ SƏNƏD VERİLƏCƏK” – “Prezident məni şəxsən çağırıb və...”

Azərbaycanda sənədsiz evlər problemi bu yaxınlarda qəti həllini tapacaq.

"AzPolitika.info"-nun məlumatına görə, belə bir bəyanatla Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Binəqədi rayon sakinlərilə görüşü zamanı çıxış edib.

Demokrat.az saytı bildirir ki, BŞİH başçısı bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını da vurğulayıb: "Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.

BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Alahverdiyev, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri, Binəqədi qəsəbəsinin ayrı-ayrı məhəllələrinin sakinləri, ağsaqqallar, həmçinin qonşu Biləcəri qəsəbəsinin nümayəndələri iştirak etmişlər.

Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov bildirmişdir ki, “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi Zakir Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat vermişdir.

“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən binəqədililər Bakı şəhərində, eyni zamanda, Binəqədi qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 39 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi və s. olmuşdur.

635x100

Şərhlər

redaktor 2019-05-17 09:42:14

Kərəm Həsənovun törətdiyi qanunsuzluq hec kimin iradəsində dəyil. Kərəmə heç bir prokuror zəng edə bilmir nəyin ki onun barəsində əsaslı şikayətlərə baxsın. Hələ mən Bakı Ərazi idrəsinin rəis müavin Zəfər Abdulovu demirəm. Son 5 il ərsizdə Bakı şəhərinin elə qanunsuz tikintilərini özəlləşdirib ki, bu sənədlər tam cinayətdir. Məsələn Xətai rayonundakı obyektlər. Metro ustundə, kamunikasiya və xətlər ərazilərində. Sabir Rustəxanlının sürücüsü olub

Amon 2019-05-17 09:42:14

KEREM HESENOV EMLAK KOMITESINDEN ÇIXARILMASA DEDIKLERINIZIN HAMISI CEFENGIYYATDIR.BU ADAMIN ARXASINDA KIM DAYANIB AXI 10 MILYON KEREM HESENOVDAN NARAZIDI AMMA ARXASINDA DAYANAN 1 NEFERE GORE 10 MILYONLUQ XALQI ADAM YERINE QOYAN YOXDU ANALOQSUZ BIRSEYDI

yalçın 2019-05-17 09:42:14

hələ 2004-cü ildə dünya bankı bakıdakı qanunsuz tikililərin leqallaşdırılması proqramına xeyli məbləğdə tranş ayırmışdı və proqramın hələ o vaxt tətbiqinə başlanılmalı idi..təkcə bakıda 400 mindən çox qanunsuz tikilinin..nooldu, kim blokladı, həbsə aldı bu proqramı..o pullar necə oldu?

Rəsulzadə sakinləri 2019-05-17 09:42:14

Misal üçün Binəqədi, Biləcəri ərazisində heç olmazsa 01.01.2017 tarixə qədər texniki pasport almış evlərin kupçalarını Binəqədi İHB və Bakı İHB cənab E.Əzizov 2-3 rüblərdə verəcəklərmi?

VƏTƏNDAŞ 2019-05-17 09:42:14

Gəlir vergisinin 14 faizdən aşağı salınması məsələsinə baxmaq lazımdır.500-600 manat maaş alanlar 5-60faiz odəsələr daha ədalətli olardı

miri 2019-05-17 09:42:14

İnsan öz dədə baba yaşam yerinə sənəd ala bilmirsə bunun adı nədir? Dünyada ikinci belə bir ölkə varmi? Artıq başa düşmək lazimdir:insanlari öz şəxsi mülki üçün hansısa kağız parcasi almaq adı ilə pul qoparmağa yox deyir!!!!!

ayrım 2019-05-17 09:42:14

Buna da şükür qaddan alem. Əgər dedikləri doğrudursa və rüşvət filan olmasa Prezidentimizin də qaddasın alem. Qazımızı artırer, torpaği evimizi özəlləşdirer kretimizi siler daha nə isdersən?

Bashirov Qarib 2019-05-17 09:42:14

Neçə illərdir,bu məsələ haqqında göstərişlər verilir,tapşırıqlar verilir,amma gucləri çatmır.Bu məsələnin həllinin açarı K.Həsənovdadır, bu adamın monopoliyasındadır.Onun razılıgı olmasa,verilən sərəncamların,tapşırıqların əhəmiyyəti olmaz.Zatən,kim istəyirsə ruşvətini verib sənədini də alır.Onun iradəsinin ustunə iradə yoxdur bu ölkədə.

Mehdi 2019-05-17 09:42:14

Gerek haminiza vezinizi yerine yetirmek ucun prezident caqirib tapsira.Vezifenizin öhdesinden gele bilmirsinizse niye oturursunuz o kreslolarda.Sizler,nazirler islerini merdcesine,rusvetsiz yerine yetirseydiler Asan xidmet kime ve neye lazim idi axi.Ele butun nazirlikleri leqv edib butun isleri Asan xidmlere vermek lazimdir.

Son yazılar