“Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək” - Deputat

“Bizə deyirlər ki, xalqı çaşdırırsınız. “Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

“Dodaq bir qurtum suya həsrət olan kimi, biz də Qarabağımızı istəyirik. 1992-ci ildə Şuşa işğal ediləndə çoxumuz az qala intihar eşqinə düşmüşdük. Paşinyan siyasi əxlaqsızlığın ən böyük nümunəsini göstərir. O, Qarabağdan bizə acıq verir. Kim bizim torpağımızı almağa qoymur? Açıqlansın, bilək... Rusiyadırmı, Fransadırmı, bilməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Nə vaxta qədər gözləməliyik?!”, - T.Kərimli əlavə edib.

635x100

Şərhlər

EJDER 2019-05-17 13:57:46

HA HA HA ,,QAJQINKOMUN,,UREYI GULMEKDEN DAYANAJAQ.LAZIM GELEN KIMI ,YENI DIQALAR HUJUMA KECEN KIMI,VOENKOM NAZIRIMIZLE IREVANDA CAY ICAJAYIQ...AZ QALIF,LAZIM GELER...27 IL NEDI KI...COCUQ MERCANLI BIZIMDI

SM 2019-05-17 13:57:46

Ay Tahir Kərimli, hesab edirəm 1992-ci ildə o "arzunuza" çata bilməmisinizsə, hələ də gec deyil, həm də Qarabağ, Şuşa həsrətiylə yanan bir insan kimi tarixə düşərsiniz, müxalifətə də bir dərs olar!

elil 2019-05-17 13:57:46

Hörmətli AZPOLİTİKA.info, bu siyasi.... səhifənizə neden buraxırsınız!?

барон 2019-05-17 13:57:46

yazdığınız suallara görə sizə azzar düşür.

Isa 2019-05-17 13:57:46

Seçiciləri olmayan MM-n T.Kərimli kimi "yastı Salman"ları Parlamenti parodiyaya çevirib məddahlıqla gün keçirirlər.Kaş o vaxt MM-də artistlik yox ,gerçəkdən intihar edəydi,ən azından yaddaşlarda "xalq qəhramanı" kimi qalardı!?

Islam mellim 2019-05-17 13:57:46

Xalq size nece can desin ki xalqin eleyhine olan qerarlar qebul edirsiniz. Pensiya yasini 62-den 65-e qaldirdiniz.Millet hec o yasa catir ki,hele pensiya da alsin.Hami buna ses verenleri lenetliyir.Visdani olan deputatlar pensiya yasinin 60-a endirilmesi ucunteklif ve teleb ireli surmelidir.onda millet sizi alqislayar.Daha h.Recebli kimi soyulmersiz.

redaktor 2019-05-17 13:57:46

Adamda necə sifət olur? B... Bəs görəsən 1992-ci ildə hakimiyyətin ali qolunun rəhbəri olanda Qarabağ haqqında nə duşunurduz? Azərbaycanda silahlı yolla hakimiyyəti devirməyin təməlini məgər bınlar qoymayıbmı? Yaxud Azərbaycanı tarixi inkişaf yolundan cixaranlar sizlər kmiləri olmadımı? İndi millətə azar deyiləsidir ki, sizkimiləri oturub yenə başda.Aranı sizlər qarşdirmırsinizmı ki biriniz başda digərləriniz isə meydanlarda.Kimə lazım siz kim vəkillər?

Seçici 2019-05-17 13:57:46

Xalqın səsini eşitməyən,güzəranından 6-7 min maaş nəticəsində özlərini yüksəkdə tutub xəbər olmayan,seçildiyi rayonu belə düz-əməlli tanımayan siyahi deputatlara xalq "zəhrimar"dan başqa nə deməlidir?Bu suala da "deputat" cavab versə bəzi nyuanslar bəlli olar.Deputatlar xalqın xidmətçisi olmaq əvəzinə iqtidarın qullarıdırlar.Ona görə də xalq arasında tanınmırlar,hörmətləri olmayacaq!

Bashirov Qarib 2019-05-17 13:57:46

Tahir muəllim yəqin bilmir,Lazım hələ gəlməyib, gələn kimi nəinki Şuşanı, tarixi Yerevan torpaqlarını da alacagıq.

Son yazılar