DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ... - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər

Xəbər verdiyimizkimi, bu gün Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Deputatların bir çoxu layihənin qəbuledilməz olduğunu bildirib. 

Bundan sonra  çıxış edən komitə sədri Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihəyə etiraz edən həmkarlarını sakitliyə çağırıb.

O bildirib ki, bu qanun layihəsi birinci oxunuşdadır: “Mən sizə komitə sədri kimi məlumat vermək istəyirəm ki, biz bununla bağlı ətraflı müzakirə aparacağıq. Dövlət müəssisələri bu rüsumdan azaddır. Özəl müəssisələrdə də sahibkar iş görür. Biz ikinci oxunuşda kompleks təhlil aparacağıq və sizə məlumat verəcəyik”.

Z.Səmədzadə deputatları layihəyə səs verməyə çağırıb: “Bu qanun layihəsinə müsbət münasibət bildirməliyik. Çünki birinci oxunuşdur”.

Musavat.com-un məlumatına görə, komitə sədri İsa Həbibbəyli, deputat Eldar Quliyev də eyni təşəbbüslə çıxış edib.

Bundan sonra qanun layihəsi səsə qoyulub.

86 lehinə, 4-ü əleyhinə olmaqla qanun layihəsi ilk oxunuşda qəbul edildi. Bir nəfərsə səs vermədi.

"AzPolitika.info" qeyd edir ki, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə rüsumların kəskin şəkildə artırılması deputatların etirazına səbəb olmuşdu. Qanun layihəsində göstərilir ki, uşaq bağçaları, təhsil müəssisələrinin yaradılmasına görə 15-20 min manat məbləğində rüsum ödəməlidirlər. 

Müzairə zamanı  deputatlar bu layihəni hazırlayanların prezidentin siyasətinə əks getdiklərini bildirmişdilər. 

Deputat Qüdrət Həsənquliyev məktəbəqədər təhsil müəssisələrinin açılmasına görə böyük miqdarda rüsum tələb olunmasını doğru saymamışdı. Demişdi ki, əslində belə müəssisələr açmaq istəyən şəxslərə güzəştlər tətbiq edilməlidir.

Deputat Fərəc Quliyev demişdi ki, Azərbaycanda rus dilində təhsil alanların faizi 5 faizə çatıb: “Çox təəssüflər olsun ki, Türkiyə filmini yayanda tərcümə edirlər, amma rus dilində televiziyalarda filmlər, verilişlər verəndə tərcümə edilmir”.

Deputat Asim Mollazadə də rüsumların yüksək olmasını doğru saymamışdı: “Dövlət rüsumlarının artırılması dövlət başçısının apardığı siyasətə ziddir və sahibkarlıq fəaliyyətinə zərbədir. Eyni zamanda bu, təhsilin keyfiyyətinə və inkişafına zərbədir! Bu, həm də bununla təhsil sistemində olan qüsurları ört-basdır edirik. Bu gün dövlət büdcəsində hərbi sahədən sonra ən çox vəsait təhsilə ayrılır. Ancaq belə görünür ki, vəsait ünvanına çatmır. Mən bu təkliflərin əleyhinə çıxış edəcəyəm və çox xahiş edirəm ki, biz bu rüsumların qarşısını alaq!”

Deputat Musa Quliyev də həmkarlarının fikirlərini müdafiə etmişdi: “Təklif edirəm ki, bu məsələ gündəlikdən çıxarılsın və geri qaytarılsın. Nəyə görə cənab prezidentin siyasətinə zidd olaraq rüsumlar artırılır? Bu 15-20 min rüsum sahibkardan alınmayacaq, övladını orada oxutmaq istəyən vətəndaşdan alınacaq. Bu layihəni hazırlayanlar niyə Azərbaycan prezidentinin siyasətinə zidd gedirlər, bunu da ayrıca araşdırmaq lazımdır. Prezident təkcə bu il vətəndaşların sosial vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar 20-yə yaxın fərman və sərəncam verib. Gəlin biz də prezidentin siyasətini əməlimizlə dəstəkləyək. Yoxsa sözlə “sinəmizi qabağa vermişik-filan” deməyə ehtiyac yoxdur”.

Deputat Qənirə Paşayeva da rüsumların artırılması ilə bağlı müddəanın layihədən çıxarılmasını təklif etdi: “Mən kənd rayonunu təmsil edirəm. Bağçalar çatışmır. Ondan-bundan xahiş edirik ki, xeyriyyəçilik fəaliyyəti göstərsinlər. Heç rüsumlar olmadan bölgələrdə bağçaların açılmasını görmürük. Bu rüsumlardan sonra kim gedib bağçalar açacaq? Bu, rentabelli olmayacaq”.

Deputat Məlahət İbrahimqızı da həmkarlarının fikirlərini müdafiə etmişdi: “Bu layihə davlətimizin, prezidentimizin apardığı siyasətə tamamilə ziddir. Bu gün prezidentimizin fərmanı ilə sahibkarlara güzəşt edilir. Belə olan təqdirdə belə bir qanun layihəsinin Məclisə gəlməsi şübhəlidir. Mən bu layihənin əleyhinə çıxış edəcəyəm”.

Göründüyü kimi, müzakirələr zamanı ən azı 6  deputat bu qanun layihəsinin qəbuledilməz olduğunu, prezidentin siyasətiinə uyğun gəlmədiyini bildirərək,  təklifin əleyhinə səs verəcəklrini bəyan ediblər. Ancaq yekun səsvermədə cəmi 4 nəfər qanun layihəsini əlehinə səs verib...

Qalanları, hətta layihənin əleyhinə olanlar belə Ziyad Səmədzadənin "biz qanun layihəsinə müsbət (burada yalnız və yalnız sözünü deməyi unudub yəqin -red.)   münasibət bildirməliyik" fikri ilə hərəkət ediblər.

Yəni, əksəriyyət bir daha müstəqil mövqelərinin olmadığnı nümayiş edirib. Belə parlament və deputatlardan nə isə gözləməyə dəyərmi?

Murad

AzPolitika.info

 

635x100

Şərhlər

Yafəcf 2019-05-17 15:30:52

Parlamentə nə göndəsəniz ona deputatlar sə verəcək.Bir-iki etiraz pokazuxadı.Onların qışqır-ağırına baxmayın iqtidarın ,... BUnlar quzu deputatlardır...... imzalayacaqlar=

Obyektiv 2019-05-17 15:30:52

ILLerin sosiaL-maliyye qitLigindan eziyyet cheken (kasib ve praktiki ona yaxin orta) tebeqe borc-xercLerden qurtuLa biLmediyi bir vaxtda, ne "rusum" artirmaLari?! BeLe xaLqa can yandirirsinizsa, eLe bir defe de mevacibLerin ve sosiaL muvazinetLerin artiriLmasi barede meseLeni qaLdirin.. Tehsil ve eLmin maddi bazasinin, o sahenin mavacibLerinin yeterLi artiriLmasina bir defe de oLsun tesebbus etmemisiniz, amma gor neLeri "ses"e qoyursunuz! Tehsil muessiseLerinin bir coxunda maash artimi heLe de yoxdur..

ayrım 2019-05-17 15:30:52

Azdır gərək 25-30 min etsinlər. Bəlkə tam ölüb qirilaq..Usaqlığın son gegəsi filmində məhşur aktyor Huriyev ərizə yazdıranda deyir ki, yaz uşaqlar piləkəndən yıxılıb ölürlər, razılaşmayanda deyir ki belə yaz onda ərizəyə tez baxacaqlar....

müəllim 2019-05-17 15:30:52

Dövlət uşaq baxçalarının,məktəblərin,Ali təhsil müəssisələruini özəl əllərə verməməli,planlı təşkil etməlidir.Məsələn bəllidir ki,uşaq baxçaları əsasən ərazi üzrə olur.Ərazidə yaşayanların hamısı isə belə pullu,baha uşaq baxçalarından istifadə edə bilmir(işsizlik,az maaş). Bu isə normal sayıla bilməz! Ali təhsilə gəldikdə isə burada planlı qəbul (ölkəyə lazım olan ixtisaslar və yerlər üzrə) edilməli,bitirdikdə işlə təmin edil Məktəblərin özəl olması daha faciəvidir.Çünki məktəbər də ərazi üzrə yerləşir.

miri 2019-05-17 15:30:52

"musiqiçi pulun verənin sifarişini calmalidir" , xalqın yox.

Müəllif 2019-05-17 15:30:52

Sırf KAPİTALİST ölkəsi olan ABŞ-da təhsil müəsisələri nəinki vergidən azaddır. Bir cox, hıtta məhşur unversitetlər hər il dövlətdən maadi yardım alırlar. Biz isə, deyəsən kapitalizmdən də irəli getmişik. İndi qalır bu ictimai-siyasi formasiyaya ad tapmaq. Əli Məsimliyə isə "xüsusi təşəkkür" düşür.

t.ədalət 2019-05-17 15:30:52

Rüsumların artırılması geriyə addımdır.

Seçici 2019-05-17 15:30:52

Görəsən, layihəyə səs verəcəkdilərsə niyə bu dəfə də(Qarabağ) ölkə hüquqlarının müdafiəçisi kimi çıxış edib, sonda "Prezidentlərin səyinə zidd" səs veriblər? Axı, gündəlikdə özfəaliyyət deyil, rüsum müzakirəyə qoyulmuşdu? Təhsil nazirliyinin İHləri ilə satıb, ya ləğv etdiyi, dövlət və fondun tikib çatdıra bilmədiyi baxça və məktəb açanlar vətənə xeyirxah işinə görə əlavə rüsum da ödəməlidirlər. Eynən tibb ocağı kimi. Hələ bir yer alıb, tikib, kollektiv yığıb və attestasiyadan keçə bilsə?

Son yazılar