İKİ RAYONUN İCRA BAŞÇISI DƏYİŞDİRİLDİ - Sərəncam

Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

635x100

Şərhlər

ayrım 2019-05-17 15:11:20

Səndə duruq mən də duruq bizdə klimanlni duruq...Eləmi qadan alem

Kazım 2019-05-17 15:11:20

Bunun harası azad edilmədir? "Şilo menyali na mılo" bunu da azad etmə adlandırırlkar.

Seyid 2019-05-17 15:11:20

.... Millətimizə Allah nicat versin...

Vetendash 2019-05-17 15:11:20

Saq eli nesimi rayonun icra bashcisi Asifin bashina. Nesimi camaatini yiqib boqaza

Mirzə AĞ 2019-05-17 15:11:20

Toplananların yeri dəyişsə də cəm dəyişməz...

Son yazılar