Milli Şura mitinq hazırlığını davam etdirir

Milli Şuranın oktyabrın 27-də keçirmək istədiyi mitinqə hakimiyyət yenə də əngəl törətmək istəyir. Son mitinqlərin keçirildiyi “Məhsul” stadionunun (metronun “Inşaatçılar” stansiyasının yaxınlığında-red.) təmirə saxlanması barədə məlumatlar yayılıb.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə azalıq.info-ua deyir ki, mitinqə hazırlıq komitəsi üzərinə düşən müəyyən işləri görməklə məşğuldur: “Məhsul” stadionunun təmirə saxlanması barədə şayiələrin ortaya atılması həmin stadionda bundan sonra mitinq keçirməyə razılıq verilməməsi məqsədi daşıyır. Amma mitinq komitəsi öz işilə - təşkilati işlərlə məşğuldur".

Gülağa Aslanlı onu da qeyd edib ki, bu gündən başlayaraq, mitinqin keçirilməsilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinə zənglər olacaq.

AXCP sədrinin müavini Gözəl Bayramlı da mitinqlə hazırlığın davam etdiyini, əhval-ruhiyyənin istənilən səviyyədə olduğunu bildirib: “Partiyanın şöbələri, tərəfdarlarımız, fəallarımızla sıx işləyirik. Çoxlu sayda dəvətlilərimiz var, onlar da bu aksiyada iştirak edəcəklər. Ümumiyyətlə, Milli Şuranın mitinq hazırlığı biz istəyən səviyyədədir. Güman edirik ki, nəticələrin saxtalaşdırılmasıyla bağlı keçirəcəyimiz bu mitinq də əvvəlki mitinqlər kimi səviyyəli olacaq”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar