Jurnalisti aeroportda saxladılar

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Əbülfət Namazovun ölkədən çıxmasına icazə verilməyib. Bu haqda AzadlıqRadiosuna qurumun sədr müavini Günay İsmayılova bildirib.

Onun dediyinə görə, Ə.Namazov Birləşmiş Ştatlara jurnalistika ilə bağlı tədbirə qatılmaq üçün gedirmiş. Amma o, RATİ sədri Emin Hüseynovun cinayət işində şahid kimi dindirildiyinə görə aeroportda saxlanıb və ölkədən çıxmasına icazə verilməyib.

Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib, onların harada olduğu məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar